Rusiyada diaspor təşkilatları ilə əlaqəsi olan azərbaycanlı iş adamlarının həbsləri davam edir. Bu dəfə dörd azərbaycanlı sahibkar Leninqrad vilayətində yerli polis rəhbərliyinə rüşvət verməkdə ittiham edilərək həbs edilib.
Moskva bazarında azərbaycanlılar saxlanılıb - VİDEO
Rusiyadan Azərbaycana «şaftalı cəzası» – Meyvədə "çox təhlükəli bakteriya" tapdılar
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını - QADAĞAN EDİB
FED.az- ın Haqqin.az-a istinadən verdiyi xəbərə görə , Rusiya KİV-lərinin yazdığına görə, əməliyyat Leninqrad vilayətinin Vsevolojsk rayonunun 128-ci polis bölməsinin rəisi, polkovnik-leytenant Sergey Korotkovun saxlanılması ilə başlayıb. Ötən həftə o, FSB xüsusi təyinatlıları tərəfindən saxlanılıb.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, polis rəisi azərbaycanlı sahibkarlardan “onların qanunsuz biznes fəaliyyətinə göz yummaq müqabilində” azı 3,7 milyon rubl rüşvət almaqda ittiham olunur. Həmçinin həmin rayonun 87-ci polis bölməsinin rəisi, polkovnik Roman Kamerzanov və 97-ci polis bölməsinin rəisi Aleksey Peremibeda həbs edilib.
Müstəntiqlər hesab edirlər ki, onlar Leninqrad vilayətində “qanunsuz biznes fəaliyyəti” ilə məşğul olan iş adamlarından rüşvət alıblar.
Məlumata görə, azərbaycanlı sahibkarlar “qaçaqmalçılıq yolu ilə alkoqol və tütün məmulatları satmaqda, habelə qanunsuz miqrantları işə cəlb etməkdə” ittiham olunurlar.
Saxlanılan azərbaycanlı iş adamları Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov saxlanılan hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə ittiham olunurlar. Saxlanılan şəxslər barəsində sentyabrın 9-dək həbs qətimkan tədbiri seçilib.
Saxlanılan Asif Allahverdiyev ona qarşı irəli sürülən ittihamlara etiraz edir. "Mən başa düşmürəm ki, bura necə düşmüşəm. Və vəziyyəti də anlamıram", - A.Allahverdiyev prosesdə deyib. Onun sözlərinə görə, yalnız şəriki olan Orucovu tanıyır.
Ekspert icmasının fikrincə, Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki gərgin vəziyyəti nəzərə alsaq, bu həbsləri Azərbaycan diasporuna sistemli təzyiqin təzahürü kimi qiymətləndirmək olar.