ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınlarının əsas səbəbi iqlim dəyişikliyi deyil, önləyici tədbirlərin vaxtında görülməməsi və yerli idarəetmədəki ciddi səhvlərdir.
Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatacağı gözlənilir
FED.az xəbər verir ki, bu barədə İlon Mask "X" sosial platformasında bölüşüb.
Sosial media paylaşımında "Əgər iqlim dəyişikliyi izahı doğru olsaydı, meşə sahəsi Kaliforniyadakından iki dəfə çox olan Texasda, təxminən iki dəfə artıq evləri məhv edən yanğınlar baş verməli idi. İqlim dəyişikliyi mövcuddur, lakin yavaş irəliləyir. Los-Ancelesdəki problemin əsas səbəbi, yanğın keçidlərinin yaradılmaması, kolluqların təmizlənməməsi, kifayət qədər su təchizatının təmin edilməməsi və ştat, bölgə və şəhər səviyyələrindəki pis idarəçilik idi"- deyə qeyd olunur.
"