Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycana işlənmiş avtomobillərin gətirilməsi ilə bağlı Nazirlər Kabinetinin yeni qərarı barədə məlumat yayıb.
Yeni qərardan sonra xaricdən gətirilən avtomobillər – NƏ QƏDƏR BAHALAŞACAQ – HESABLAMA
FED.az xəbər verir ki, komitənin məlumatına əsasən, qərar 30 gündən sonra qüvvəyə minsə də, komitə qərarda qadağa qoyulan yalnız martın 29-dək alınan avtomobilləri ölkəyə buraxacaq.
Bundan sonra alınmış avtomobillər ölkəyə barıxalmayacaq. Xatırladaq ki, NK-nin martın 29-də qəbul etdiyi “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.
Dövlət Gömrük Komitəsi isə bildirir ki, qərar aprelin 29-dan qüvvəyə minsə də, yalnız 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış avtomobillər ölkəyə buraxılacaq. Avtomobili gətirən şəxs alqı-satqının deyilən tarixdən əvvəl olduğunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim etməlidir. Yalnız bu halda həmin avtomobillər rəsmiləşdiriləcək.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.