Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 57,89 milyon ABŞ dolları dəyərində 3794 ədəd yük avtomobili idxal edilib.
Azərbaycan əhalisi avtomobil alışını artırır - 900 MİLYONDAN ÇOX VALYUTA XARİCƏ AXIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 4,4 faiz və ya 2,46 milyon dollar, sayı isə 39,6 faiz və ya 1077 ədəd artıb.
Təkcə cari ilin iyul ayında ölkəyə 10,4 milyon dollar dəyərində 633 ədəd yük avtomobilləri idxal edilib ki, bu da iyun ayı ilə müqayisədə dəyər ifadəsində 30,9 faiz və ya 2,46 milyon dollar, say olaraq isə 19,9 faiz və ya 105 ədəd çoxdur. ("Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı)