Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 52,9 milyon dollar dəyərində xurma ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyon dollar və ya 14,5% çoxdur.
Məlumata görə, 2023-cü ilin müvafiq dövründə xurma ixracının ümumi dəyəri 46,2 milyon dollar təşkil edib.
Təkcə, bu ilin oktyabrında Azərbaycandan 23,8 milyon dollarlıq xurma ixrac olunub.
Bu da illik müqayisədə 5,8 milyon dollar və ya 19,6% azdır.
2023-cü ilin müvafiq dövründə xurma ixracının ümumi dəyəri 29,6 milyon dollar təşkil edib.