Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 303 min 437 ton azot gübrəsi ixrac edilib.
Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 min 944 ton və ya 9,5% azdır.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu ilin 11 ayında 72 milyon 525,8 min ABŞ dolları dəyərində azot gübrəsi ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 126 milyon 84 min dollar və ya 2,7 dəfə azdır.
Ötən il azot gübrəsinin satışından 198 milyon 609,8 min dollar gəlir əldə edilmişdi.
1 ton azot gübrəsinin ixrac qiyməti hesabat dövründə 239 , ötən ilin eyni dövründə 592 dollar olub. Bu da illik müqayisədə 353 dollar və ya 2,5 dəfə azdır.