2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 8 milyon 430 min ABŞ dolları dəyərində 21 min dkl viski idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 929 min dollar və ya 53,3%, həcm baxımından isə 8 min dkl və ya 58,5%% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 5 milyon 501 min dollar dəyərində 13 min dkl həcmində viski idxal edilib.
Hesabat dövründə hər min dkl viskinin idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 409 dollar, 2022-ci ilin eyni dövründə 423 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 14 dollar (3,3%) ucuzlaşma baş verib.