Cari ilin yanvar-iyul aylarında Azərbaycana 71 milyon 539 min dollar dəyərində 1 792 ədəd elektromobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 10 milyon 177 min dollar və ya 16,6%, miqdar ifadəsi ilə 300 ədəd və ya 20,1% artıb.
1 ədəd elektromobilin orta ixrac qiyməti 2024-cü ilin altı ayında orta hesabla 39 min 921 dollar (67 min 866 manat) olub ki, bu da son bir ildə 1 200 dollar (2 min 50manat) və ya 2,9% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-iyul aylarında isə 1 ədəd elektromobilin orta ixrac qiyməti 41 min 127 dollar (69 min 916manat) olub.