2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 59 milyon 698 min dollar dəyərində 266 min 609 ton buğda idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 64 milyon 293 min dollar və ya 52% (2,1 dəfə), miqdar ifadəsilə 142 min 342 ton və ya 35% aşağı düşüb.
2023-cü ilin ilk 4 ayında isə Azərbaycana xaricdən 123 milyon 990 min dollar dəyərində 409 min 39 ton buğda idxal olunmuşdu.
1 kq buğdanın orta idxal qiyməti 2024-cü ilin dörd ayında 0,38 manata başa gəlib ki, bu da illik müqayisədə 0,14 manat 26%) ucuzllaşma deməkdir.
Ötən ilin eyni dövründə buğdanın orta idxal qiyməti 0,52 manata başa gəlib.