Türkiyədən Naxçıvana, oradan isə İran, Azərbaycan və Rusiyaya gələn yük maşınları Dilucu Gömrük Qapısında sıxlıq yaradıb.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeni il gecəsi qonşu ölkələrə gələn yük maşınlarının növbəsi 13 kilometri keçib. Yük maşını sürücüləri maşınlarını yol kənarına çəkərək ehtiyaclarını ödəyib, uzun gözləmələrinə hazırlaşıblar.
Sıxlıq Yeni il tətilləri ilə bağlıdır və bu vəziyyətin təxminən bir həftə çəkəcəyi gözlənilir. TIR sürücülərindən Kahraman Bozkurt mətbuata xaricə getmək üçün növbə gözlədiklərini deyib.
Dayanacaq yeri olmadığı üçün yük maşınlarını yol kənarında saxlayaraq ehtiyaclarını qarşıladıqlarını izah edən Bozkurt, "Gömrüyə neçə günə çatacağı bəlli deyil. Neçə gündür yoldayam. Hazırda 13-cü kilometrdə dayanmışıq, bir həftəyə çatacağımızı bilmirik. Azərbaycana, oradan da İrana gedirik" – deyib.
Sürücülərdən Serhat Boz günlərlə növbə gözləyəcəklərini bildirərək, "Əvvəlcə Azərbaycana, oradan da İran və Rusiyaya gedəcəyik. Təxminən 13-14 kilometr növbə var. Növbədən asılı olaraq. Gömrük işi, bəlkə bir həftəyə, bəlkə 10 günə çatarıq” - dedi.
İranlı sürücü Səid Mahmudi İstanbuldan yük alıb İrana getmək üçün yola düşdüyünü ifadə edərək, "Hazırda 13 kilometr uzaqdayıq. Nə vaxt keçəcəyimizi bilmirik. Bəlkə 4 günə, bəlkə də 5 günə keçəcəyik" dedi. gün. Şkafımız var, yeməyimiz var”- deyib.