İyulun 19-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 8-ci iclası keçirilib.
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo - 19% AZALIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan,Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi regional tranzitin inkişafı, yükdaşımaların həcminin artırılmasının əhəmiyyətindən, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs ediblər.
O da vurğulanıb ki, tranzit əməliyyatları rəqəmsallaşdırılmalı, gömrük prosedurları sadələşdirilməklə gömrük nəzarəti və sərhədkeçmə proseslərinə sərf olunan vaxt minimuma endirilməlidir.
Daha sonra İƏT-inTranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 7-ci iclasından sonra görülən işlərlə bağlı nümayəndə heyətlərinin çıxışları dinlənilib.
Həmçinin iclasda gömrük sahəsində görülən işlər-tranzit daşımaların sürətləndirilməsi, eTİR layihəsinin tətbiqinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət - özəl sektor əməkdaşlığının genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.