ABŞ prezidenti Donald Tramp oktyabrın 1-dən etibarən yük maşınlarının idxalına 25% rüsum tətbiq edəcəyini açıqlayıb.
Tramp Yaponiyadan idxala 15%-lik gömrük rüsumu razılaşmasını imzaladı - YAPONLAR BİR SIRA ŞƏRTLƏR İLƏ RAZILAŞIBLAR
FED.az xəbər verir ki, bu haqda o öz “Truth” hesabında məlumat verib.
“Bizim böyük ağır yük maşını istehsalçılarımızı ədalətsiz xarici rəqabətdən qorumaq üçün mən 2025-ci il oktyabrın 1-dən etibarən dünyanın digər yerlərində istehsal olunan bütün ağır (böyük) yük avtomobillərinə 25% rüsum tətbiq edəcəyəm”, - o yazıb.(Apa)