ABŞ qismən də gömrük rüsumlarının tətbiqi hesabına indi dünyanın ən zəngin ölkəsinə çevrilib.
ABŞ 1 noyabrdan Çin mallarına 100% rüsum tətbiq edəcək
FED.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
"İnanıram ki, indi tariflərlə biz dünyanın ən zəngin ölkəsiyik. Biz yüz milyardlarla dollar alırıq", - deyə o bildirib.
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumlar tətbiq etdiyini açıqlayıb. Amerika lideri daha sonra bəzi ölkələr üçün tarif dərəcələrinə düzəlişlər edib. (Report)