2023-cü ilin yanvar-noyabr aylarında ölkədən 28 milyon 909,9 min ABŞ dolları dəyərində 22 min 650 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
FED.az xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,4 faiz və ya 7 milyon 396 min dollar, həcm baxımından isə 32 faiz və ya 5 min 490 ton çoxdur.
1 ton məhsulun ixrac qiyməti bu il 1 276 dollar, ötən il isə 1 254 dollar olub. Beləliklə, ixrac qiyməti son bir il ərzində 23 dollar (1,8%) bahalaşıb.
Ötən ilin ilk 11 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,95 faizə bərabər olub.
2022-ci ilin eyni dövründə isə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,06 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,80 faizə bərabər olub.