Dövlət Gömrük Komitəsi (DGK) xaricdən Azərbaycana gətirilən mobil telefonların bəyan edilməsi, qeydiyyatı və rüsum tututlması barədə məlumat yayıb.
Azərbaycana şəxsi istifadə üçün gətirilən - TELEFONLARDAN DA GÖMRÜK RÜSUMU TUTULACAQ - YENİLİK
FED.az-n məlumatına görə, Komitə bildirib ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir.
Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya “Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.
2023-cü il fevral ayının 15-dən etibarən mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.
Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.