Cari ilin yanvar ayında Azərbaycana 40 milyon 245 min dollar dəyərində 1 235 ədəd hibrid avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 19 milyon 185 min dollar və ya 91,1%, miqdar ifadəsi ilə 302 ədəd və ya 32,4% artıb.
1 ədəd hibrid avtomobiln qiyməti 2024-cü ilin ilk ayında orta hesabla 32 587 dollar (53 599 manat), 2023-ci ilin yanvar ayında isə 22 572 dollar (38 373 manat) olub. Beləliklə son bir ildə hibrid avtomobili 10 015 dollar (17 026 manat) və ya 44,4% bahalaşıb.