Gömrük xidməti Azərbaycandan gizli şəkildə qızıl çıxarmaq istəyən şəxsi aşkar edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokoladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.
Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.
Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokoladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.