Nazirlər Kabineti “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nda (2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərar) dəyişiklik edib.
Heyvanlarında təhlükəli xəstəliklər olan ölkələr barədə - DGK-ya MƏLUMAT VERİLƏCƏK
FED.az xəbər verir ki, hökumətin yeni qərarına əsasən Qaydalara aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilib:
“Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin informasiya sistemi vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürülür.”.