Rusiya hökuməti dost olmayan ölkələrdən idxal olanan gül-çiçəyə görə rüsumları artırmaq barədə düşünür.
FED.az xəbər verir ki, artıq Rusiya hökuməti bir dəfə bu addımı atıb. Belə ki, xüsusi iqtisadi tədbirlər çərçivəsində 2024-cü ildə hökumət xaricdən, daha dəqiqi «dost olmayan» ölkələrdən gətirilən gətirilən gül-çiçək üçün rüsumları 5%-dən 20%-ə qaldırıb.
2025-ci ildə isə bu rəqəm daha da arta bilər. Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut bildirib ki, bu il rüsumlar daha da artacaq.