Rusiya Federasiyası ilə sərhəddə yerləşən nin "Xanoba" gömrük postu yaxın günlərdə istifadəyə veriləcək.
Azərbaycanla Rusiya arasında “Xanoba” gömrük məntəqəsinin tikintisi - BAŞA ÇATIR
FED.az xəbər verir ki, açılış mərasimində Azərbaycan və Rusiya nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılıb. İnşaat işləri başa çatdıqdan sonra gömrük postu buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilib. Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.