"Smart Customs" mobil tətbiqindən 2 milyondan çox insan istifadə edir.
Azərbaycanda sadələşdirilmiş gömrük bəyannaməsi ilə bağlı mobil tətbiqin dizaynı dəyişdirilir
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda məlumat verilib.
Bildirilib ki, "Smart Customs" mobil tətbiqi daha çox istifadəyə əlçatan olacaq. Həmçinin, tətbiqin yeni dizaynının yaxın zamanlarda təqdim olunacağı bildirilib.
Qeyd olunub ki, 2020-ci ildən istifadəyə verilən "Smart Customs" mobil tətbiqində xüsusi alqoritm əsaslı avtomatlaşdırılmış çat-bot sistemi fəaliyyət göstərir.
Məlumata görə, tətbiqdə hazırda İOS istifadəçilərinin sayı 1,1 milyondan çoxdur. Eyni zamanda sözügedən mobil tətbiq üzrə Android istifadəçilərinin sayı 930 mindən artıq olub.
Ümumilikdə isə tətbiq üzrə 12 elektron xidmətin istifadəyə verildiyi diqqətə çatdırılıb. (Trend)