Azərbaycan yaxın zamanlarda beynəlxalq tranzit konvensiyasına qədəm qoyacaq.
Gömrük xətti ilə büdcə daxilolmaları - 11%-DƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əlamətdar hal odur ki, bu konvensiyanın istifadəçisi Türkiyədir.
“Gürcüstan da yaxın zamanda konvensiyaya qoşulacaq. Bununla Avropa Birliyindən ünvanlanan yüklər daha rahat formada hərəkət edə biləcək. Azərbaycan qanunvericiliyinə görə ölkə ərazisinə gətirilən müvəqqəti yüklər gömrük rüsumlarından azaddır. Azərbaycan beynəlxalq konvensiyaların böyük əksəriyyətinə əməl edir. Bu səbəbdən xarici yüklərin maneəsiz daşınması təmin olunur", - deyə Ş.Bağırov əlavə edib. (Azərtac)