Xəbər verildiyi kimi, 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik ediləcək.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Salyan və Neftçala rayonlarına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı bildirib ki, vergi və gömrük sahəsindəki yığımlar büdcəni artırmağa imkan verib. Prezident bu əsnada son vaxtlar gömrük saşəsində həyata keçirilən islahatlara da toxunub.
«Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq».
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az