2023-cü il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 6,33 milyard manatdan çox vəsait daxil olub ki, bu da 2022-ci illə müqayisədə 12,1 faiz çoxdur.
"Gömrük dövriyyələri gizlədir" iddiasına - CAVAB VERİLDİ
FED.az xəbər verir ki, komitənin dərc etdiyi göstəricilər əsasında aparəlan hesablamalara görə, hesabat ilində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2022-ci illə müqayisədə 14,6 faiz artaraq 1,62 milyard manatı üstələyib.
ƏDV üzrə daxilolmalar isə 11 faiz artaraq 4,44 milyard manata bərabər olub. Aksizlər üzrə daxilolmalar 32,8 faiz artaraq 224,3 milyon manat təşkil edib.
2023-cü ildə yol vergisi üzrə daxilolmaların həcmi 42,8 milyon manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 31,3 faiz azdır. (Azərbaycan İqtisadiyyatı)