Cari ilin yanvar-aprel aylarında Azərbaycana 46 milyon 319 min dollar dəyərində 2 min 627 ədəd yük avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə yük avtomobili dəyər ifadəsi ilə 15 milyon 944 min dollar və ya 52,5%, miqdar ifadəsi ilə 566 ədəd və ya 27,4% artıb.
2023-cü ilin yanvar-aprel aylarında 30 milyon 375 min dollarlıq 2 min 61 ədəd yük avtomobili idxal edilmişdi.
1 ədəd yük avtomobilinin qiyməti 2024-cü ilin ilk 4 ayında 17 min 632 dollar (29 min 974 manat) olub ki, bu da son bir ildə 2 min 894 dollar (4 min 920 manat) və ya 19,6% bahalaşıb.
2023-ci ilin eyni dövründə isə bu göstərici 14 min 738 dollar (25 min 54 manat) olub