Maliyyə naziri Samir Şərifov qeyri-neft gəlirlərinə diqqət yetirməyi vacib sayır.
Təcili: Gömrük Komitəsinin yığımları üzrə plan – 1 MİLYARD MANATA YAXIN ARTIRILIR
FED.az xəbər verir ki, Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında deyib ki, Dövlət Vergi Xidmətinin bütün il üçün olan proqnozu ilin ilk rübündə həyata keçirməsi əlavə dəyər vergisi ilə bağlıdır.
Nazir qeyd edib ki, gömrüklə bağlı da riyazi yanaşma düzdür: "Ötən il gömrük rüsumlarından da daxilolmalar çox yüksək olmuşdu. Buna səbəb islahatlardır. Amma cari il də proqnozumuz ötən ilin icrasından aşağı idi. Bununla əlaqədar nəzərə almalıyıq ki, bizdə gömrük rüsumundan azadolmalar kifayət qədər çoxdur. Azalma da bununla bağlıdır. Qeyri-neft gəlirlərimiz nə qədər çox olsa, bizim üçün yaxşıdır. Biz bu zaman neft gəlirlərimizə qənaət edib, Neft Fondundan transferti azalda bilərik". (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.