Naxçıvan MR-nın bütün ərazisi üçün gömrük rüsum güzəştini (siyahı üzrə Azərbaycanda istehsal edilən mallar istisna olmaqla) nəzərdə tutan xüsusi gömrük rejiminin (zonasının) yaradılması nəzərdə tutulur.
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 5 illik - Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum Dövlət Gömrük Komitəsi, digər icraçı qurumlar isə yerli Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.
İlkin olaraq hüquqi bazanın formalaşdırılması, daha sonra xüsusi gömrük rejiminin (zonasının) fəaliyyətə başlaması planlaşdırılır.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.