2023-cü ilin 6 ayı ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən, ümumilikdə 513 hüquqpozma faktı aşkar edilib.
Naxçıvan Baş Gömrük İdarəsi 131 faizlik artıma - NAİL OLUB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, aşkar edilən faktlardan 40-ı cinayət xarakterlidir və bunların 26-sı narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı olub.
Narkotik qaçaqmalçılığı faktları üzrə, ümumilikdə 568,5 kq heroin, 139 qram həşiş qətranı, 47 qram marixuana, 26 qram tiryək, 11 qram psixotrop maddələr, 110 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Cari ilin 6 ayı ərzində 473 inzibati xarakterli hüquqpozma faktı aşkar edilb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 372 fakt çoxdur.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.