Son 7 ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan yüklərin həcmi 2 dəfədən çox artıb.
Özbəkistan “Bakı Limanı”nın imkanlarından - Birgə İstifadə Etmək Niyyətindədir
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı bildirib.
"Limanın I fazada yükaşırma potensialı 15 milyon tondur. Biz son illər infrastruktur layihələrinə yatırdığımız investisiyaların hesabına tranzit yük daşımalarının həcminin artırılmasına nail olduq və hazırda daha çox yük qəbul etməyə hazırıq", - deyə o qeyd edib. (Report)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.