Moskvanın Şeremetyevo hava limanında İstanbuldan gələn Azərbaycan vətəndaşının üzərindən gömrük bəyanı edilməmiş 2,6 milyon rubl (44 min manatdan çox) dəyərində qızıl-zinət əşyaları aşkar edilib.
Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qaydalar qəbul edilib
FED.az xəbər verir ki, bu barədə Şeremetyevo aeroportunun gömrük xidməti məlumat yayıb.
Bildirilib ki, gömrük orqanı yükün kommersiya məqsədli olduğunu tanıyıb və qızıl-zinət əşyaları müsadirə edilib.
Strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb.
Azərbaycan vətəndaşının günahı sübuta yetiriləcəyi təqdirdə, 5 ilə qədər azadlıqdan məhrum etmə və ya 1 milyon rubla qədər cərimə gözləyir. (Apa)