Bu ilin yanvar-iyul aylarında ölkədən 17,97 milyon ABŞ dolları dəyərində 14 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Azərbaycan meyvə-tərəvəz ixracından 400 milyon dollardan çox - GƏLİR ƏLDƏ EDİB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 42,1 faiz və ya 5,3 milyon dollar, həcm baxımından isə 37,3 faiz və ya 3,8 min tondan çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk 7 ayında tərəvəz və meyvələrin emal məhsullarının ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,9 faizə bərabər olub. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanal)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.