Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri gömrük xidmətləri üçün tranzit portalının yaradılmasına dair protokolu müzakirə ediblər.
Gömrük işçiləri ilə bağlı - YENİ QANUN
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Daşkənd şəhərində MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 78-ci iclasında müzakirə aparılıb.
Məlumata görə, iclasda, həmçinin MDB iştirakçı dövlətlərin ekspertiza və tədqiqat sahəsində əməkdaşlıq haqqında Saziş, malların tranzit daşınmasının sadələşdirilməsinə dair Anlaşma Memorandumu layihələri və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclasda ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.
Növbəti 79-cu iclasın 2024-cü ilin 2-ci yarısında Rusiyanın Vladivostok şəhərində keçirilməsi qərara alınıb.