Ermənistanın gömrük xidməti "Tramp marşrutu"nda (TRIPP) - Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsində fəaliyyət göstərəcək.
Sülh müqaviləsi, «Tramp dəhlizi», Minsk qrupundan çıxış – ƏLİYEV VƏ PAŞİNYAN VAŞİNQTONDA
FED.az xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan parlamentdə bildirib.
"Təsdiq edirəm ki, gömrük xidməti fəaliyyət göstərəcək. Təfərrüatlara gəlincə, onlar hələ müzakirə mərhələsindədir. Lakin bundan asılı olmayaraq, bizim ümumi gömrük siyasətimiz kompleks xarakter daşıyır, yəni biz bütün sərhədlərimizdə ticarətin sadələşdirilməsi üçün islahatlar aparırıq", - E.Akopyan vurğulayıb. (Report)