2025-ci ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 21 milyon dollar dəyərində karbamid ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon dollar 2 dəfə artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında 10,4 milyon dollar dəyərində karbamid ixrac edilib.