Bu ilin ilk 10 ayında Azərbaycan Kanadadan 132 milyon 316 min dollar dəyərində 1 min 399 kq qızıl idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Kanadadan qızıl idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 18 milyon 258 min dollar və ya 12,1%, miqdar ifadəsilə isə 624 kq, başqa sözlə 30,8% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Kanadadan 150 milyon 574 min dollar dəyərində 2 min 23 kq qızıl idxal olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Kanadadan idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 94 min 579 dollar (təxminən 160,8 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 74 min 432 dollar (təxminən 126,5 min manat) idi. Bu da illik müqayisədə 20 min 147 dollar (34,2 min manat) və ya 27,1% bahalaşma deməkdir.










