Dekabrın 30-da Astarada İranla sərhəddə Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün və modul tipli sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başlayıb.
“Qırmızı Körpü”də gözləyən TİR-larrın sayı 278-ə enib - RƏSMİ MƏLUMAT
FED.az xəbər verir ki, tədbirdə Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.
Qeyd edək ki, körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük avtomobilləri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.
Modul tipli buraxılış məntəqəsinin tikinti işləri isə 2023-cü ilin avqustundan başlayıb və dekabrın 1-də başa çatıb. Sahəsi 4500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurları və sürətli keçid üçün lazımi şərait yaradılıb.
Son texnoloji imkanlara malik yeni avadanlıqla təchiz olunan yeni məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük avtomobilinin, yəni ümumilikdə 500-600 yük avtomobilinin qəbul edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, İranla sərhəddəki körpü və gömrük məntəqəsi Azərbaycandan keçən Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm hissəsidir. Yeni işə düşən körpü və məntəqə dəhliz üzrə daşımaların həcminin artırılmasına köm ək edəcək. Qeyd edək ki, 2023-cü ildə Şimal-Cənub dəhlizi üzrə daşımalar 44,5 faiz artıb.
Eyni zamanda, 2023-cü ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub.
Yeni körpünün və buraxılış məntəqəsinin işə düşməsi imkan verəcək ki, İrandan gələn TIR-lar Astara şəhərinə daxil olmadan yollarına davam etsinlər.
Buraxılış məntəqəsinin gücünün bunjan sonra da artırılması nəzərdə tutulub. Belə ki, ikinci mərhələdə buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük avtomobilini qəbul edə biləcək.