Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın Azərbaycanla qeyri-neft ticarət dövriyyəsi 671 milyon dollardan çox dəyərdə təxminən 797 min ton təşkil edib.
Azərbaycanda qeyri-neft ixracı azalıb - 455 MİLYON DOLLARA ENİB
FED.az xəbər verir ki, bu barədə İranın Gömrük Administrasiyasının statistikası məlumat verib.
Statistikaya əsasən, ötən İran ilində İranın Azərbaycanla ticarət dövriyyəsi öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə dəyər baxımından 2,4% azalıb, çəki baxımından 1,6% artıb.
Statistikada bildirilir ki, öncəki ildə İranın Azərbaycanla ticarət dövriyyəsi 688 milyon dollar dəyərində 784 min ton təşkil edib.
Statistikada əlavə olunur ki, qeyd olunan müddətdə İranla Azərbaycan arasında kauçuk maddələr, kənd təsərrüfatı və ərzaq məhsulları, neft-kimya məhsulları, sənaye məhsulları, avadanlıqlar və sairə məhsullar mübadilə olunub.
Statistikaya əsasən, ötən İran ilinin 12-ci ayında (20 fevral -19 mart 2024) İranın Azərbaycanla ticarət dövriyyəsi təxminən 69,4 milyon dollar dəyərində 71,1 min ton təşkil edib.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində İranın ticarət dövriyyəsi ümumilikdə (idxal və ixrac) 153 milyard dollardan çox təşkil edib. Ticarət dövriyyəsi öncəki illə müqayisədə 2,6% artıb. (Trend)