Xaricdən Azərbaycana gələn vətəndaşda xeyli miqdarda qızıl-zinət əşyaları aşkarlanıb.
Bakıya təyyarə ilə gizli şəkildə 93 ədəd “İphone”u - NECƏ GƏTİRMƏK OLAR? - GÖMRÜK MƏLUMAT YAYDI
Dövlət Gömrük Komitəsindən FED.az-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk edən zaman Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən “Qırmızı kanal”a yönləndirilib.
Gömrük baxışı zamanı vətəndaşın əl çantasından, çəkisi təxminən 1104 qram olan xeyli dəyərdə qızıl-zinət əşyaları aşkarlanaraq gömrük rüsumlarının ödənilməsinə dəvət olunub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.