Hindistan hökuməti Yaxın Şərqdəki böhran fonunda Hindistan rupisinin məzənnəsini dəstəkləmək məqsədilə qızıl və gümüş idxalına tətbiq olunan gömrük rüsumlarını 6 faizdən 15 faizə qaldırıb.
İsveçrə bankı qızılın qiymətinin 5600 dollara çatacağını gözləyir
FED.az xəbər verir ki, yeni qaydalara əsasən, qızıl və gümüş idxalına 10 faiz həcmində əsas gömrük rüsumu, həmçinin “kənd təsərrüfatı və infrastrukturun inkişafı” üçün 5 faiz xüsusi rüsum tətbiq edilir.
Platin üçün isə rüsum dərəcəsi əvvəlki 6,4 faizdən 15,4 faizə yüksəldilib. (Trend)













