Ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 386 milyon 295 min dollar dəyərində 14 min 98 ədəd hibrid avtomobillər idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2022-ci iln eyni dövrü ilə müqayisədə minik avtomobilləri dəyər ifadəsi ilə 230 milyon 907 min dollar və ya 2,5 dəfə, miqdar ifadəsi ilə 2 min 761 ədəd və ya 24,4% artıb.
2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycana 155 milyon 358 min dollar dəyərində 11 min 337 ədəd hibrid avtomobillər idxal olunub.
1 ədəd hibrid avtomobilin orta hesabla idxal qiyməti 2023-cü ilin sonunda 27 401 dollar (46 581 manat), 2022-ci ilin sonunda isə 13 704 dollar (23 296 manat) olub. Beləliklə son bir ildə hibrid avtomobillər 13 697 (23 285 manat) dollar və ya 2 dəfə bahalaşıb.