Hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycan Respublikasının digər bölgələrindən olan fiziki şəxslər üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədləri və şərtləri müəyyən ediləcək.
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 5 illik - Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Sənədə əsasən, Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi ilə birgə 2023-2027-ci illər ərzində güzəştlərin tətbiqinə başlanılmasını təmin etməlidir. Nəticədə əhalinin alıcılıq qabiliyyəti yüksəlməli, turistlərin cəlb edilməli və iqtisadi aktivliyin artmalıdır.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.