Gürcüstan gömrüyü gömrük nəzarəti əməliyyatlarını həyata keçirmək üçün xüsusi robotlardan fəal şəkildə istifadə etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bildirib.
Onun sözlərinə görə, robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və bəyannaməni çap edəcək. Bu da gömrük nəzarəti işində problemlərin həllini asanlaşdıracaq.
Nazir deyib ki, dünyanın inkişaf etmiş bir sıra ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edir. Gürcüstan da bu təcrübədən faydalanacaq.
«Gələcəkdə gömrük robotunun gömrük nəzarəti fəaliyyətinə daha fəal cəlb edilməsi planlaşdırılır» - deyə nazir bildirib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.