2025-ci ilin birinci yarısında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 850 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 421,7 milyon manat və ya 5,1 faiz, dövlət əmlakının icarəyə verilməsindən və digər mənbələrdən daxilolmalar üzrə 29,8 milyon manat və ya 7,0 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 70,7 milyon manat və ya 29,3 faiz çox olub.
Bu barədə FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 161,1 milyon manat və ya 5 faiz az vəsait daxil olub.