İyunun 1-də Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib.
Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi - TƏQAÜDƏ GÖNDƏRİLDİ
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov təqaüdə çıxan əməkdaşlara gömrük orqanlarında uzunmüddətli fəaliyyətlərinə, gömrük işinin təşkilinə verdikləri töhfələrə görə təşəkkürünü bildirib.
Təqaüdə çıxan əməkdaşların qazandıqları təcrübələrin gənc əməkdaşlar üçün nümunə olduğu diqqətə çatdırılıb və onlara gələcək həyat fəaliyyətlərində uğurlar arzulanıb.
Təqaüdə çıxan gömrük əməkdaşları – İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi Nüsrət Qurbanov və Bakı Baş Gömrük İdarəsinin rəis müavini Faiq Seyidov göstərilən diqqətə və gömrük sistemində fəaliyyətlərinə verilən dəyərə görə minnətdarlıqlarını bildiriblər.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.