Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 606,6 milyon manat təşkil edib.
Naxçıvan Baş Gömrük İdarəsi 131 faizlik artıma - NAİL OLUB
FED.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.
Ötən ilin eyni dövründə bu rəqəm 3 milyard 20,3 milyon manat təşkil edib.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 909,5 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 18,5 % artaraq 2 milyard 549,1 milyon manat, aksizlər üzrə daxilolmalar 42,7 % artaraq 121,8 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 24,2 % azalaraq 26,5 milyon manat olub. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.