Gömrük rüsumları və Azərbaycan ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 17,8 faizi həcmində və ya 6 mlrd. 337,8 mln. manat vəsait daxil olub.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, gömrük xətti ilə büdcə daxilolmaları proqnoza nisbətən 609,8 mln. manat və ya 10,6 faiz, 2022-ci illə müqayisədə isə 683,2 mln. manat və ya 12,1 faiz çox olub.