Bu ildən soğan, meşə fındığı və xurmanın ölkəyə idxalına görə 15 faiz gömrük rüsumu tətbiq ediləcək. Bəs yeni qaydalar həmin məhsulların qiymətinə necə təsir edəcək?
Ölkəyə gətirilən bəzi mallar - GÖMRÜK RÜSUMUNDAN AZAD EDİLİB
FED.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli deyir ki, yeni qaydalar daxili bazara təsir etməyəcək. Çünki həmin məhsulların ölkədə istehsalı kifayət qədərdir.
Xalid Kərimli bildirir ki, idxal rüsumlarının tətbiqinin əsas məqsədi xüsusi növ məhsulların istehlakı zamanı qiymətlərin tənzimlənməsidir.
İqtisadçı vurğulayır ki, bu qaydalar vergilərdən gələn gəlirlərin artmasına da şərait yaradacaq. (Xəzərxəbər)