Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov mayın 25-də saat 10:00-da Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi pr. 535) Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.
Gömrük Komitəsinin Kollegiyası dəyişdirildi – SƏRƏNCAM
Komitədən FED.az-a verilən məlumata görə, qəbul zamanı Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.