2024-cü ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 5,9 milyard manat vəsait köçürəcəyi gözlənilir.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3 % çoxdur.
2023-cü ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin 6 aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 705,5 milyon manat və ya 29,8 % çox daxilolmaların təmin edilməsinə nail olunub.