Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.
FED.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, B. Quliyev bu təyinata kimi DGK-nin sədr müavini idi.
Xatırladaq ki, bundan əvvəl sözügedən vəzifədə İsmayıl Hüseynov idi. O, bir neçə gün öncə vəzifəsindən azad olunaraq, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin birinci müavini təyin edilib.
Ümumiyyətlə isə bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavinlərinin sayı azaldılıb.
FED.az xəbər verir ki, prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən Gömrük Komitəsinin sədr müavinlərinin sayı 6-dan 4-ə endirilib. Belə ki, indiyədək əsasnaməyə görə, komitə sədrinin 2 nəfər 1-ci müavini 4 müavini ola bilərdi. Yenilikdən sonra isə komitə sədrinin 1-ci müavinlərinin sayı 1-ə, müavinlərin sayı isə 3-ə endirilib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.